Şouşenkdən qaçış
From Wikipedia, the free encyclopedia
Şouşenkdən qaçış (ing. The Shawshank Redemption) — ssenari müəllifi və rejissoru Frenk Darabont olan və baş rollarda Tim Robbins və Morqan Frimanın çəkildiyi 1994-cü il istehsalı olan ABŞ dram filmidir. Stiven Kinqin "Rita Heyvort və Şouşenkdən qaçış" romanının motivləri əsasında çəkilmiş film, günahsız olmasına baxmayaraq arvadının və onun sevgilisinin qətlinə görə ölüm hökmü almış, Şouşenk Ştat Həbsxanasında 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin hekayəsindən bəhs edir. Həbsxanadakı dövr ərzində məhbus Ellis Boyd Red Reddinq ilə dost olan Dyufreyn həbsxana müdirinin çirkli pullarını yumasına kömək etməyə razı olduqdan sonra nəzarətçilər tərəfindən qorunmağa başlanılır.
Şouşenkdən qaçış | |
---|---|
ing. The Shawshank Redemption | |
Janr | dram filmi[1][2], baddi-film[d], məhbuslar haqqında film[d], cinayət filmi[2], ədəbi əsər ekranlaşdırılması[d] |
Əsas mövzu | Ümid[3], Həbs[3], dostluq[3], korrupsiya[3], abuse of power[3] |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Operator |
|
Bəstəkar |
|
İstehsalçılar | Columbia Pictures, Castle Rock Entertainment[d] |
Distribütor | Columbia Pictures, Netflix, iTunes[d] |
İlk baxış tarixi | 23 sentyabr 1994, 10 sentyabr 1994[4], 9 mart 1995[5], 1 mart 1995, 6 iyul 1995, 1994 |
Müddət | 142 dəq. |
Büdcə | 25.000.000 $[6] |
Gəlir | 28.817.291 $[7], 28.767.189 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Mensfild[d] |
IMDb | ID0111161 |
Vikianbarda əlaqəli mediafayllar |
Gəlir məsələsində məyusluq olmasına baxmayaraq, film "Oskar" mükafatının 7 nominasiyasına namizəd olmuş, aktyor, məzmun işində və reallığı əks etdirdiyinə görə tənqidçilər tərəfindən müsbət qiymətləndirilmişdir. Kabel televiziyası, VHS, DVD və Blu-ray üzrə uğurlu olmuşdur. Amerikan Film İnstitutunun 100 il…100 film 10-cu yubiley buraxılışına daxil edilmişdir.[9] Hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən biri hesab olunur.