User:Lodzdeena/Əfqanıstan tarixi
From Wikipedia, the free encyclopedia
Əfqanıstanın 1823-cü ildə Əfqanıstan əmirliyinin qurulmasından əvvəlki tarixi qonşu İran, Mərkəzi Asiya və Hind alt qitəsi ilə oxşardır. Sadozai monarxiyası müasir Əfqanıstanın qurucu dövləti qəbul edilən Durrani imperiyasını idarə etmişdir.
Əfqanıstanda ilk insan məskunlaşması Orta Paleolit dövrünə gedib çıxır. Ölkənin İpək yolu üzərində yerləşməsi ilə strateji məkanı "qədim dünyanın qovşağı" adlandırılmasına səbəb olmuşdur. Ölkədə çox sayda müxtəlif xalqlar mövcud olmuşdur. O, farslar, Makedoniyalı İskəndər, Mauriya imperiyası, müsəlman ərəblər, moğollar, ingilislər, SSRİ və ən sonda ABŞ liderliyindəki koalisiya tərəfindən edilənlər də daxil olmaqla çox sayda hərbi səfərə şahid olmuşdur. Həm hind, həm də fars mədəniyyətlərindəki fərqli fəthlər və dövrlər bölgəni tarix boyunca buddizm, hinduizm, zərdüştlük və daha sonra islam üçün mərkəzə çevirmişdir.
Durrani imperiyası müasir Əfqanıstan milli dövlətinin bünövrəsi hesab edilir. Əhməd şah Durrani dövlətin atası kimi tanınır. Lakin Dost Məhəmməd xan bəzən ilk müasir əfqan dövlətinin qurucusu qəbul edilir. Durrani imperiyasının geriləməsi, Əhməd şah Durrani və Timur şahın ölümündən sonra Herat, Qəndəhar və Kabul daxil bir çox müstəqil krallığa parçalandı. Əfqanıstan 1793-cü ildən 1863-cü ilə qədər davam etmiş yetmiş illik vətəndaş müharibəsindən sonra XIX əsrdə Dost Məhəmməd xanın 1823-cü ildən 1863-cü ilə qədər Kabul əmirliyi altında Əfqanıstanın müstəqil bəyliklərini fəth etdiyi birləşmə müharibələri ilə yenidən birləşəcəkdi. Dost Məhəmməd Əfqanıstanı birləşdirmək üçün getdiyi son səfərdən bir neçə gün sonra 1863-cü ildə öldü. Beləliklə Əfqanıstanda xəlifələri arasında gedən münaqişələr nəticəsində yenidən vətəndaş müharibəsi başladı. Bu müddət ərzində Əfqanıstan Cənubi Asiyadakı Britaniya Racı ilə Rusiya imperiyası arasındakı Böyük oyunda bufer dövlətə çevrildi. Britaniya Racı Əfqanıstanı məğlub etmək istəmişdi, lakin I İngilis-əfqan müharibəsində geri qaytarılmışdılar. Lakin II İngilis-əfqan müharibəsində ingilislər qələbə qazanmışdır. Beləcə Əfqanıstan üzərində ingilis siyasi təsirini uğurlu şəkildə qurmuşdurlar. 1919-cu ildə III İngilis-əfqan müharibəsindən sonra Əfqanıstan xarici siyasi hegemonluqdan xilas oldu və 1926-cı ilin iyun ayında Əmənullah xanın hakimiyyətində müstəqil Əfqanıstan krallığı kimi yenidən bərpa edildi. Bu monarxiya 1973-cü ildə Zahir şahın hakimiyyətdən salınması və ardınca Əfqanıstan Respublikasının qurulmasına qədər təxminən yarım əsr hakimiyyətdə qalmışdır.
1970-ci illərin sonlarından indiyə kimi Əfqanıstanın tarixində dövlət çevrilişləri, işğallar, üsyanlar və vətəndaş müharibələri də daxil olmaqla geniş əhatəli müharibələr hakim olmuşdur. Konfliktlər 1978-ci ildə kommunist inqilabın sosialist dövlət qurması ilə başladı və ardınca davam edən münaqişələr SSRİ-nin 1979-cu ildə Əfqanıstanı işğal etməsinə səbəb oldu. Mücahidlər Sovet-əfqan müharibəsində SSRİ-yə qarşı döyüşdü və SSRİ-nin 1989-cu ildə geri çəkilməsinin ardınca öz aralarında müharibə etməyə başladılar. İslam fundamentalist Taliban 1996-cı ilə qədər ölkənin çox hissəsini idarə etdi. Lakin Əfqanıstan İslam Əmriliyi 2001-ci ildə ABŞ-nin Əfqanıstanı işğal etməsi ilə ləğv olduqdan əvvəl çox az beynəlxalq tanınma əldə etdi. Taliban Kabulu tutub Əfqanıstan İslam Respublikası hökumətini devirdikdən sonra 2021-ci ildə yenidən iqtidara qayıtdı. Beləliklə 2001-2021-ci illər müharibəsinə son verdi. İlk başlarda ölkə üçün əhatəli hökumət quracağını iddia etməsinə baxmayaraq 2021-ci ilin sentyabr ayında Taliban sırf öz üzvlərindən təşkil olunan müvəqqəti hökumət vasitəsilə Əfqanıstan İslam Əmirliyini yenidən qurdu. Taliban hökuməti beynəlxalq sferada tanınmamağa davam edir.