God of War (videooyun, 2005)
From Wikipedia, the free encyclopedia
God of War (azərb. "Müharibə Tanrısı") — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur.
God of War | |
---|---|
| |
Hazırlayan | SIE Santa Monica Studio |
Yayımlayan | Sony Computer Entertainment |
Seriya | God of War |
Buraxılış tarixi |
PlayStation 2 ŞA - 22 mart 2005 AV - 8 iyul 2005 Yaponiya - 17 noyabr 2005 PlayStation 3 God of War Collection ŞA - 17 noyabr 2009 Yaponiya - 18 mart 2010 AU - 29 aprel 2010 AV - 30 aprel 2010 God of War Saga ŞA - 28 avqust 2012 PlayStation Vita ŞA - 6 may 2014 AV - 9 may 2014 AU - 14 may 2014 PlayStation 4 ŞA - 1 noyabr 2011 AV - 2 noyabr 2011 AU - 3 noyabr 2011 Yaponiya - 15 may 2014 |
Janrlar |
Aksiya-macəra Hack and slash |
Yaş reytinqləri |
BBFC — 18 CERO — ESRB — OFLCA — MA15 PEGI — |
Dizaynerlər | Deyvid Yaffe |
Ssenaristlər |
Marianne Kravçik Aleksandr Steyn Deyvid Yaffe Kiif Fey |
Rəssamlar |
Çarli Ven Terri Smit Stiv "Skət" Katerson |
Bəstəkarlar |
Jerar Marino Mayk Reyqan Ron Fiş Uinifred Fillips Uinni Valdron Kris Valesko Marsello De Fransissi |
Texniki məlumat | |
Platformalar |
Playstation 2 PlayStation 3[qeyd 1] PlayStation Vita [qeyd 2] |
Mühərriklər | Kinetica[qeyd 3] Bluepoint Engine[qeyd 4] |
Oyun rejimi | birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcılar |
CD Blu-ray [qeyd 5] |
İdarəetmə | Qeympəd |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur[2]. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır[3]. 2010-cu ilin mart ayının 18-də Avropa, Avstraliya və Yaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır[4]. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir.[5]