Laynus Polinq
ABŞ alimi / From Wikipedia, the free encyclopedia
Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[2][3][…], Portlend, Oreqon, ABŞ[4][1] – 18 avqust 1994[2][3][…], Biq-Sur[d], Kaliforniya[5][1][…])[9] — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır.[10]
Laynus Polinq | |
---|---|
ing. Linus Carl Pauling[1] | |
Doğum tarixi | 28 fevral 1901(1901-02-28)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1994(1994-08-18)[2][3][…] (93 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | prostat xərçəngi[6][1] |
Həyat yoldaşı | |
Uşağı |
|
Elm sahələri | kvant kimyası[d][1], biokimya[1], fiziki kimya[1] |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbərləri | Roskou Dikinson[d], Riçard Tolmen[d] |
Tanınmış yetirmələri | Martin Karplus[d] |
Üzvlüyü |
|
Mükafatları |
|
scarc.library.oregonstate.edu/… | |
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin ən mühüm kimyaçılarından biridir.[11] Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır.
Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir. Həmin il ondan başqa kimya və fizika ilə bağlı tədqiqatlarına görə Mariya Küri, kimya ilə bağlı tədqiqatlarına görə Con Barden mükafat almışdır.[12] Laynus Polinq növbəti illərdə C vitamini ilə bağlı tədqiqatlar aparmışdır. Bu mövzuda yazdığı məqalə və əsərlər mühüm elmi əhəmiyyətə malikdir.