Suxoy Su-27
Döyüş təyyarəsi / From Wikipedia, the free encyclopedia
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır.
Su-27 | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı | SSRİ/Rusiya |
Baş konstruktor | M.P.Simonov |
Dizayner | Suxoy Konstruktor Bürosu/Suxoy Korporasiyası |
İlk uçuş | 20 may 1977 |
İstismara verilmə tarixi | 22 iyun 1985 |
Status | İstismarı davam edir |
İstismarçılar |
Rusiya HHQ Çin XAOHHQ Ukrayna HHQ |
İstehsal ili | 1982-davam edir |
Buraxılış sayı | 680[1] |
Vahidinin qiyməti | 30 milyon ABŞ dolları |
Variantları |
Su-30 Su-33 Su-34 Su-35 Suxoy Su-37 Shenyang J-11 |
Vikianbarda əlaqəli mediafayllar |
Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir.[2]
Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.
Sonuncu versiyası hesab olunan Suxoy Su-37 (sınaq modeli) məşhur “Diskaveri” (Discovery Channel) kanalı tərəfindən dünyanın bir nömrəli qırıcısı (F-22 Raptoru ötməklə) kimi təqdim edilmişdir.[3] Ağır qırıcı təyyarələr içərisində yeganə qırıcıdır ki, yüksək pilotaj qrupunda ("Rus pəhləvanları") istifadə olunur.[4]