Səfi xan Muğanlı
From Wikipedia, the free encyclopedia
Səfi xan Muğanlı (fars. صفی خان موگانلی) — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.
Səfi xan Muğanlı | |
---|---|
Səfi xan İbrahim xan oğlu Şahsevən | |
| |
Cavad xanlığının IV xanı[1] | |
1794 – 1805 | |
Əvvəlki | İbrahim xan Muğanlı |
Muğan mahalının hakimi[1] | |
1794 – 1805 | |
Əvvəlki | İbrahim xan Muğanlı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Qalaqayın, Muğan mahalı, Cavad xanlığı |
Vəfat yeri | Qalaqayın |
Dəfn yeri | Qalaqayın |
Atası | İbrahim xan |
Dini | Şiə İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.[2] Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir.
Səfi xanın sahibi olduğu mahalda subay şəxsdən 1 rubl və çörək, evli adamdan isə 2 nəfərlik alınırdı. Qoyundan, arıdan, baldan, yağdan, qismən pendirdən vergi alınırdı. Eyni dövrdə Rudbar mahalının hakimi Məmməd xanla birgə hərbi qüvvənin sayı 550 nəfər idi.[1]