Yabuka (ada)
From Wikipedia, the free encyclopedia
Yabuka (xorv. Jabuka) — Adriatik dənizində Xorvatiyaya məxsus vulkanik ada. Ada Vis arxipelaqına aiddir. İnzibati baxımdan ölkənin Split-Dalmasiya jupaniyasına məxsusdur. Adanın sahəsi 0,022585 km², ən yüksək zirvəsi dəniz səviyyəsindən ― 99,333 metrdir.[1]
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Yabuka | |
---|---|
xorv. Jabuka | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 0,022585 km² |
Hündür nöqtəsi | 99,333 m |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
43°03′30″ şm. e. 15°27′37″ ş. u. | |
Ölkə | Xorvatiya |
Arxipelaq |
|
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Ada ilk dəfə xəritələrdə XIV əsrdə göstərilmişdir. XV—XVII əsrlərdə adada qızılquş yumurtalarının toplanması həyata keçirilmiş və məqsəd onların çoxaldılması idi. 2013-cü ildən Yabuka və ətraf sular «Natura 2000»-nin qorunan ərazilər siyahısına salınmışdır. 2017-ci ildən Yabuka akvatoriyasında balıqçılığa məhdudiyyət qoyulmuşdur. 17 aprel 2019-cu ildən bütün arxipelaq UNESCO-nun geopark statusunu almışdır.