Yuqoslaviya krallığı
Balkan yarımadasının şimal-qərb hissəsində dövlət / From Wikipedia, the free encyclopedia
Yuqoslaviya krallığı (serb. Краљевина Југославија, xorv. Kraljevina Jugoslavija)[4] — 1929-1941-ci illərdə Balkan yarımadasının şimal-qərb hissəsində (formal olaraq 1945-ci ilə qədər) müasir Sloveniya, Xorvatiya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina və Şimali Makedoniya ərazisində dövlətin rəsmi adı.
monarxiya | |||||
Yuqoslaviya krallığı | |||||
---|---|---|---|---|---|
serb. Краљевина Југославија xorv. Kraljevina Jugoslavija | |||||
|
|||||
|
|||||
Paytaxt | Belqrad | ||||
Ən böyük şəhər | Belqrad | ||||
Dilləri | Serb-xorvat dili | ||||
Rəsmi dilləri | Serb-xorvat dili[1][2] | ||||
Dövlət dini | xristianlıq, islam | ||||
Valyuta | Yuqoslaviya kronu | ||||
Ərazisi | 247,542 km2 (1941)[3] | ||||
Əhalisi | bosniyalılar, slovenlər, xorvatlar, serblər, makedonlar, monteneqrolular | ||||
İdarəetmə forması | monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Yuqoslaviya" adı 1929-cu il yanvarın 6-da kral I Aleksandr tərəfindən dövlət çevrilişi və diktaturanın qurulmasından sonra 4 oktyabr 1929-cu ildə qəbul edilib. Bundan əvvəl, 1918-ci il dekabrın 1-dən ölkə serblərin, xorvatların və slovenlərin Krallığı (serb. Краљевина Срба, Хрвата и Словенаца) adlanırdı. Qısaldılmış şəkildə SXS krallığı və SXSK adlanırdı.
Krallıq 1918-ci ildə müvəqqəti olaraq slovenlər, xorvatlar və serblərin dövlətinin (keçmiş Avstriya-Macarıstan ərazilərindən, o cümlədən indiki Bosniya və Herseqovina, Xorvatiya, Sloveniyanın çox hissəsi), Banat, Baçka, Baranya (Avstriya-Macarıstan tərkibindəki Macarıstan Krallığının keçmiş hissəsi) və keçmiş müstəqil Serbiya krallığının birləşməsi nəticəsində yaranıb. Həmin il Monteneqro krallığı da Serbiya ilə birləşməsini elan etdi. Kosovo və Vardar Makedoniya bölgələri birləşmədən əvvəl Serbiyanın bir hissəsi oldu.[5][6]
Dövlət əvvəllər 1903-cü ildən (May inqilabından sonra) I Pyotrun rəhbərliyi ilə Serbiya krallığını idarə edən Serb Karacyorceviç sülaləsi tərəfindən idarə olunurdu. I Pyotr 1921-ci ildə ölümünə qədər Yuqoslaviyanın ilk kralı oldu. Onun yerinə atasının regenti olan oğlu I Aleksandr keçdi. O, "Birləşdirici Aleksandr" kimi tanınırdı və 1929-cu ildə krallığın adını dəyişdirərək "Yuqoslaviya" qoydu. O, 1934-cü ildə Fransaya səfəri zamanı Daxili Makedoniya İnqilab Təşkilatının (DMİT) üzvü Vlado Çernozemski tərəfindən Marseldə qətlə yetirildi.
Taxt onun 11 yaşlı oğlu Pyotra keçdi. I Aleksandrın əmisi oğlu Pavel 1941-ci ilə, II Pyotr yetkinlik yaşına çatana qədər Şahzadə Regent kimi hakimiyyəti idarə etdi. Kral ailəsi Berlin-Roma-Tokio oxu üzvlərinin ölkəni işğal etməzdən əvvəl, elə həmin il Londona uçdu.
1941-ci ilin aprelində ölkə Məhvər dövlətləri tərəfindən işğal edildi və bölündü. Londonda Böyük Britaniya və daha sonra bütün Müttəfiqlər tərəfindən tanınan mühacirətdə olan kral hökuməti quruldu.
1944-cü ildə Böyük Britaniyanın baş naziri Uinston Çörçilin təzyiqi ilə Kral Demokratik Federal Yuqoslaviya hökumətini qanuni hökumət kimi tanıdı. Bu, noyabrın 2-də İvan Şubaşiç (Krallıq adından) və Josip Broz Tito (Yuqoslaviya partizanları adından) Vis müqaviləsini imzaladıqdan sonra təsis edildi.