Ərəb qrafikalı Azərbaycan əlifbası
From Wikipedia, the free encyclopedia
Ərəb qrafikalı Azərbaycan əlifbası və ya Əbcəd[1] (ابجد) — Azərbaycan dilinin yazılmasına ərəb qrafikasının bir variantı ilə başlanılmış əlifba. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub. Azərbaycan Respublikası ərazisində 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə edilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından indi də istifadə edirlər.