2020 Yay Olimpiya Oyunları
2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhərlərin siyahısı / From Wikipedia, the free encyclopedia
2020 Yay Olimpiya Oyunları — rəsmi olaraq XXXII Olimpiada Oyunları olan və brend olaraq Tokio 2020 kimi tanınan 23 iyul — 8 avqust 2021-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq çoxnövlü idman tədbiri. Bəzi yarışlar 21 iyuldan başlamışdı. 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən BOK-un 125-ci Sessiyasında Tokio ev sahibi şəhəri olaraq seçildi.[2]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
2020 Yay Olimpiya Oyunları | |
---|---|
Şəhər | Tokio, Yaponiya |
İdmançıların sayı | 206[1], 11.420[1] |
Açılış mərasimi | 23 iyul |
Bağlanış mərasimi | 9 avqust |
Rəsmən açılışı edib | 23 iyul |
Olimpiya məşəli | Naomi Osaka |
Vikianbarda əlaqəli mediafayllar |
Yarışın ilkin olaraq 24 iyul 2020-ci il - 9 avqust 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılırdı. Lakin 20 mart 2020-ci ildə tədbir qlobal COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə təxirə salındı, bu, Olimpiya oyunları tarixində ilk belə hal idi, oyunların ləğv olunduğu hallar olmuşdu, amma vaxtının dəyişdirilməsi baş verməmişdi.[3] Bununla belə, tədbir marketinq məsələləri nəzərə alınaraq tədbir Tokio 2020 brendi adı altında keçirildi.[4] Pandemiya nəzərə alınaraq idman yarışları azarkeşlərsiz baş tutdu.[5] Oyunlara çəkilən ümumi xərclər 20 milyard dollardan çox idi, həmin tarixə qədərki ən bahalı Olimpiya oyunları hesab olunur.[6]