Akejan Kajegeldin
From Wikipedia, the free encyclopedia
Akejan Kajegeldin (qaz. Әкежан Мағжанұлы Қажыгелдин) — Qazaxıstan dövlət, siyasi və ictimai xadimi, Qazaxıstan Respublikasının Baş naziri (1994–1997), müxalifətçi, 12-ci çağırış Qazaxıstan Respublikası Ali Sovetinin deputatı. Bioqrafiya Qazax, Orta juzun uak tayfasındandır[1]. Semipalatinsk vilayətinin Jarma rayonunun Georgiyevka kəndində maarifçi ailəsində anadan olub.
Akejan Kajegeldin | |
---|---|
qaz. Әкежан Мағжанұлы Қажыгелдин | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1952(1952-03-27) (72 yaş) |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
1969–1974-cü illərdə Semipalatinsk Pedaqoji İnstitutunda oxumuş və valideynləri kimi özü də müəllim olmuşdur.
1974-cü ildə N. K. Krupskaya Semipalatinsk Pedaqoji İnstitutunu bitirib.
1974-cü ildə 22 yaşında Sovet Ordusuna xidmətə çağırılıb, ordu sıralarında xidmət edib, DTK-nın Semipalatinsk vilayəti üzrə İdarəsində xidmət edib (1974–1978).
1976-cı ilin may ayında 24 yaşında gizir rütbəsi ilə Akejan Kajegeldin Semipalatinsk vilayətinin DTK-da, müşahidə xidmətində xidmətə başlayır[2].
1985-ci ildə Alma-Ata Xalq Təsərrüfatı İnstitutunu qiyabi bitirib, tarix və ictimai elmlər müəllimi, iqtisadçı, iqtisad elmləri doktoru alıb.
Əmək fəaliyyətinə betonçu kimi başlamışdır. Pedaqoji İnstitutu bitirdikdən sonra orta məktəbdə müəllim, baş müəllim işləyib.
1979–1984-cü illərdə Semipalatinsk şəhəri Kalinin rayon partiya komitəsinin təlimatçısı, rəis müavini, şöbə müdiri olur.
1985–1987-ci illərdə 33 yaşında Semipalatinsk şəhərinin Kirov rayon icraiyyə komitəsinin sədri olur.
1987–1989-cu illərdə 35 yaşında SSRİ DTK-nın Ali Məktəbinin rəhbərliyi üçün hazırlıq kurslarında iştirak edib. DTK zabiti, Moskvadakı Sozidatel kooperativinin nümayəndəsi olur.
1989–1992-ci illərdə Semipalatinsk tikinti və dekorativ üzlük daşının sənaye emalı zavodunun direktoru işləyir.
1990-cı ildə "Toman" ASC-nin baş direktoru olur.
1990–1992-ci illərdə "Semey" FPG-nin baş direktoru işləyir.