Aqata mükafatı
From Wikipedia, the free encyclopedia
Aqata mükafatı — Aqata Kristinin şərəfinə ədəbiyyatçılara təltif olunan mükafat. Bundan əlavə bir neçə il mistika janrında dəyərli fəaliyyəti olan fəxri şəxslərə ənənəvi olmayan Poirot mükafatı verildi[1]. Lakin bu davamlı mükafat deyil.
Cəld faktlar Ölkə, Tip ...
Aqata mükafatı | |
---|---|
Ölkə | |
Tip | ədəbiyyat mükafatı[d] |
Statistika | |
Təsis tarixi | 1989 |
malicedomestic.org/index… |
Bağla
Aqata mükafatı mistika və cinayət janrının klassik mistika bölməsində (seksual və zorakılıq səhnəsi olmayan həvəskar detektiv janrı) yazan yazıçılara təltif olunur. Bu mükafat növü adətən hər il Vaşinqtonda Malice Domestic Ltd tərəfindən altı kateqoriyada verilir:
- Ən yaxşı roman.
- İlk ən yaxşı mistika.
- Ən yaxşı tarixi roman.
- Ən yaxşı qısa hekayə.
- Ən yaxşı qeyri-bədii əsər.
- Ən yaxşı uşaq mistikası.
Mükafat şirkəti Malice Domestic Ltd 1988-ci ildə yaradılıb və 1992-ci ildə rəsmən qeydiyyata alınıb. Bu şirkət könüllü direktorlar birliyi tərəfindən idarə olunur[2].