Azərbaycan legionu
From Wikipedia, the free encyclopedia
Azərbaycan legionu (alm. Aserbaidschanische Legion) — Verxmatın xarici hərbi bölüklərindən biri. İkinci dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycanın milli müstəqilliyinin qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmışdır. İkinci dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi-legionerlərinin köməyi ilə minlərlə yurddaşının həyatı xilas edilmişdir.
Azərbaycan legionu | |
---|---|
Aserbaidschanische Legion | |
Yaranma tarixi | 1942-1945 |
Ölkə | Nasist Almaniyası |
Tabedir | Vermaxt |
Daxildir | Şərq legionları |
Sayı | 40000 [1] |
Ləqəbi | Bozqurd, aypara, səkkiz güşəli ulduz |
Şüarı | Biz yalnız azadlıq üçün vuruşuruq və heç bir qüvvə bizi saxlaya bilməz. |
Rəngləri | Mavi, qırmızı və yaşıl |
Müharibələr | İkinci dünya müharibəsi |
Döyüşlər | |
Komandanlıq | |
Məşhur komandirləri | Əbdürrəhman bəy Fətəlibəyli |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan legionerlərinin 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi mühüm tarixi-hadisə olmuşdur. Belə ki, həmin qurultayda Azərbaycanın müstəqil dövlət olması fıkri xüsusi vurğulanmışdır. 1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti nəticəsində Almaniya Azərbaycanın müstəqilliyini tanımışdır.