Böyük Britaniyanın Baş nazirlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri, nominal olaraq dövlət başçısı Britaniya monarxı tərəfindən təyin edilən hökumət başçısıdır və bir çox icraedici funksiyaları icra edir[1].
Böyük Britaniyanın Baş naziri | |
---|---|
Prime Minister of the United Kingdom | |
| |
Vəzifədədir Rishi Sunak 25 Oktyabr 2022 ci ildən | |
Müraciət forması | Hörmətli |
Rəsmi iqamətgahı | Dauninq-strit, 10 |
Vəzifənin təsis tarixi | 4 aprel 1721 |
Vəzifədə birinci | Robert Uolpol |
Rəsmi saytı | number10.gov.uk |
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrdə meydana gələn Nazirlər kabinetindən ibarət olan hakimiyyətin başçısı "Baş nazir" (bəzən "Birinci nazir") adlanırdı; bu günə qədər də Baş nazir həmişə nazirliklərdən birinin yerini tutmuşdur (adətən xəzinənin birinci lordu).
Müasir tarixçilər adətən hesab edirlər ki, ilk baş nazir 1721-ci ildən 1742-ci ilə qədər iyirmi il müddətində Böyük Britaniya hakimiyyətinin başında durmuş ser Robert Uolpol olmuşdur. Marqaret Tetçer Böyük Britaniyanın Baş naziri vəzifəsini tutmuş ilk qadın olmuşdur. Öz vəzifəsində ölən son baş nazirlər Henri Con Templ və vikon Palmersto olmuşdur (1865-ci il). Yeganə qətlə yetirilmiş baş nazir Spenser Persival olmuşdur (1812-ci ildə).
Baş nazir ənənəvi olaraq Londondakı Dauninq-strit, 10 ünvanındakı — Böyük Britaniya kralı II Georq tərəfindən ilk baş nazir Robert Uolpola şəxsən hədiyyə edilmiş evdə yaşayır. Uolpol ona hədiyyə edilmiş evdən şəxsi evi kimi deyil, 1735-ci ildən Birinci lorların rəsmi iqamətgahı kimi məskunlaşdırdı. Birinci lordların əksəriyyəti Dauninq strit, 10 evində yaşasa da, onların bir qismi öz şəxsi evlərində yaşamışdılar. Onlar əsasən Londonun mərkəzində böyük evlərə sahib olan aristokratlar olmuşdur. Harold Makmillan və Con Meycor kimi bəzi baş nazirlər Dauninq strit, 10 evində təmir və bərpa işləri gedən zaman Admiraltey evində yaşamışlar. Dauninq strit, 11 evinə bitişik ikinci xəzinə lordların (həmçinin xəzinə kansleri, faktiki olaraq maliyyə naziri) iqamətgahı yerləşir. Dauninq strit, 12 evində Baş "qamçı"nın (Whip) iqamətgahı yerləşir.