Marqaret Tetçer
Böyük Britaniyanın keçmiş Baş naziri / From Wikipedia, the free encyclopedia
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[2][3][…], Qrantem[d], Linkolnşir qraflığı[d][2][4][…] – 8 aprel 2013[2][3][…], Rits oteli[d], Vestminster borosu[5][6][…][10]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı.
Marqaret Tetçer | |
---|---|
ing. Margaret Thatcher | |
14 may 1979 – 28 noyabr 1990 (ləqəbi: Dəmir Ledi) | |
Monarx | II Elizabet |
Əvvəlki | Ceyms Kallaqan |
Sonrakı | Con Meycor |
Şəxsi məlumatlar | |
Doğum adı | Margaret Hilda Roberts[1] |
Doğum tarixi | 13 oktyabr 1925(1925-10-13)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 2013(2013-04-08)[2][3][…] (87 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult[7] |
Dəfn yeri | |
Partiya | |
İxtisası | kimyaçı, hüquqşünas |
Fəaliyyəti | siyasətçi, kimyaçı, avtobioqraf[d], advokat[d], dövlət xadimi |
Həyat yoldaşı | Denis Tetçer |
Uşaqları |
Karol Tetçer Mark Tetçer |
Dini | Anqlikan kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, kimya |
margaretthatcher.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur.
Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi. 1980-ci illərdə qərb ölkələrində dövlətin iqtisadi investisiyalardan çəkilməsi, özəlləşdirmə, sərbəst bazar iqtisadiyyatının dəstəklənməsi və işçi hüquqlarının tapdalanması ilə özünü göstərən neoliberalizm siyasətinin Birləşmiş Krallıqdakı icraçısı oldu.
Ölkə daxilində sol müxalifətlə, beynəlxalq sahədə isə Soyuq müharibə çərçivəsində Şərq bloku ölkələri ilə mübarizə apardı. O dövr üçün radikal sayıla biləcək sağ siyasətləri güzəştə getmədən tətbiq etməsi səbəbilə ona verilən "Dəmir Ledi" ləqəbini sevə-sevə qəbul etdi.
Tetçer partiyası daxilindəki parçalanmalar səbəbilə baş nazir vəzifəsini və fəal siyasəti buraxmaq məcburiyyətində qaldı, lakin təsiri elə güclü idi ki, baş naziri vəzifəsindən sonra davam etməklə yanaşı, Leyboristlər Partiyasına da təsir edəcək şəkildə İngilis siyasətini təməldən dəyişdi.