Bipolyar pozuntu
mani-depressiv / From Wikipedia, the free encyclopedia
Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi "maniakal-depressiv pozuntu" adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının "kənar qütblərində" uzun müddət (həftlələrlə və ya aylarla) qalır.[2] Deyə bilərsiz ki, hər insanda bu hal dəyişimi görmək mümkündür. Yəni elə anlarımız olur ki, bir mövzu haqda əvvəl müsbət fikirdə olsaq da, daha sonra həmin mövzu bizə cəlbedici gəlməyə bilər və ona tamamilə əks mövqedən yanaşa bilərik. Bəzən daha enerjili, bəzənsə yaşadığımız həyatın mənasız olduğu düşüncəsinə də qapıla bilərik. Ancaq bu xəstəlikdən əziyyət çəkən insanlardakı emosianal dəyişimi çox güclü şəkildə görmək mümkündür. Hətta bu, insanı maniakal depressiv vəziyyətə də çatdıra bilər. Bu xəstəliyə əvvəllər "maniakal depressiv pozuntu" da deyilirdi. Əslində bu xəstəlik həm çox ciddi, həm də üstünə tez bir zamanda düşülərsə və düzgün müalicə edilərsə, uzaqlaşdırılması mümkün xəstəlikdir. Təbii ki, xəstəlik yenidən təkrarlana bilər. Ancaq düzgün müalicə vasitəsilə nəzarət altına alına və idarə edilə bilən xəstəlikdir. Ancaq vaxtında müdaxilə olunmazsa, ağır depressiya ilə nəticələnə və bu xasiyyət dəyişimi aylarla özünü göstərə bilər. Ona görə də, bir o qədər də təhlükəli xəstəlik olaraq görülür.
Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1–1,5% təşkil edir. Qadınlar və kişilər arasında xəstələnmə halları demək olar ki, eynidir.[3]