Botnet
From Wikipedia, the free encyclopedia
Botnet (ing. Botnet, "robot" və "network" (şəbəkə) sözlərindən) − istifadəçinin xəbəri olmadan kompüteri məsafədən idarə etməyə imkan verən ziyankar proqramlarla[1] − botlarla yoluxmuş kompüterlərdən ibarət şəbəkə.
Bot istifadəçinin kompüterində gizli quraşdırılan və bəd niyyətli şəxsin yoluxmuş kompüterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməsinə imkan verən proqramdır.[2]
Botnetlər adətən spam göndərilməsi, konfidensial informasiyanın toplanması, xidmətdən imtina hücumları (Dos-hücum), fişinq və s. üçün istifadə edilir.[3]