Bungo Stray Dogs
From Wikipedia, the free encyclopedia
Bungo Stray Dogs (文豪ストレイドッグス, Bungō Sutorei Doggusu?, azərb. Ədəbi küçə itləri) — 2012-cu ildən Sanko Harukavanın rəssamlıği ilə Kafka Asaqiri tərəfindən yazılan manqa seriyası. Manqa seriyası Liman mafiyası və Gildiya kimi cinayətkar qruplaşmalarla mübarizə aparan, fövqəltəbii güclərə malik olan Silahlı Detektiv Agentliyindən bəhs edir. Manqa seriyası 4 dekabr 2012-ci ildən Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunur və indiyə qədər 25 cildi buraxılmışdır. 2014-cü ildən isə ranobe adaptasiyası nəşr olunur. Manqa seriyası Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır.
Bungo Stray Dogs | |
Birinci cildin üzlüyü. | |
文豪ストレイドッグス (Bungō Sutorei Doggusu) azərb. Ədəbi küçə itləri | |
---|---|
Janr | döyüş, müəmma, fövqəltəbii |
Manqa | |
Yazıçı | Kafka Asaqiri |
Rəssam | Sanqo Harukava |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Young Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 4 dekabr 2012 – hazırda |
Cildlər | 25 (cild siyahısı) |
Manqa | |
Manqaka | Kafka Asaqiri |
Rəssam | Sanqo Harukava |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 1 aprel 2014 – hazırda |
Cildlər | 8 |
Anime | |
Rejissor | Takuya İqaraşi |
Ssenarist | Yoci Enokido |
Bəstəkar | Taku İvasaki |
Studiya | Bones |
Digər lisenziyalar | Anime Limited |
Kanal | Tokyo MX, TVS, CTC, tvk, GBS, MTV, SUN, TVQ, BS11 |
Digər kanallar | Aniplus Asia |
Buraxılış tarixi | 7 aprel 2016 – hazırda |
Seriyalar | 24 + OVA (seriya siyahısı) |
Anime | |
Bungo Stray Dogs: Dead Apple | |
Rejissor | Takuya İqaraşi |
Ssenarist | Yoci Enokido Kafka Asaqiri |
Bəstəkar | Taku İvasaki |
Studiya | Bones |
Anime və manqa portalı |
Bones studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2016-ci ilin aprelindən dekabrına kimi yayımlanmış və 24 seriya davam etmişdir. Üçüncü mövsümü anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.