DC Comics
From Wikipedia, the free encyclopedia
DC Comics — ABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros.[1] şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl Fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir.
DC Comics | |
---|---|
Ölkə | ABŞ |
Əsas şirkət | Warner Bros. |
Status | aktiv |
Yaranma tarixi | 1934 |
Qurucu | Malkom Hiler-Nikolson |
Qərargah | Berbank, Kaliforniya, ABŞ |
Nəşrlər | komiks |
Sahib | Time Warner |
Sayt | dccomics.com |
Vikianbarda əlaqəli mediafayllar |
Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür.[2] Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.[3]
DC Comics və Marvel Comics birlikdə 2008-ci ildə ABŞ-də çap olunan komikslərin 80 %-nin müəllifi idilər.[4]