Ergo Proxy
From Wikipedia, the free encyclopedia
Ergo Proxy (エルゴプラクシー, Eruqo Purakuşi:?, azərb. Erqo Proksi) — kiberpank, müəmma, macəra, döyüş janrında olan, Manglobe tərəfindən istehsal olunmuş, ssenarisi Day Sato tərəfindən yazılmış, rejissoru Şuuko Murase olmuş anime serialı. Anime serialı 25 fevraldan 12 avqust 2006-cı ilə qədər WOWOW peyk şəbəkəsi ilə yayımlanmışdır və 23 seriya davam etmişdir. Hadisələr gələcəkdə baş verir: insanlar və avtoreyv androidləri birlikdə sülh içərisində yaşayırlar. Ta ki avtoreyvlərə iradə vermək qabiliyyətinə malik virus peyda olana qədər. Robotlar üsyan edirlər və bir sıra cinayətlər işləyirlər. İnspektor Riel Meyer bu işi araşdırmaq üçün işə cəlb olunur. Amma Riel işi araşdırdıqca daha qarmaşıq faktlarla tanış olur: hökumətin gizli tədqiqat planına daxil olan xüsusi humanoid növü — Proksilərlə qarşılaşır.
Ergo Proxy | |
Poster. Personaj: Riel Meyer. | |
エルゴプラクシー (Erugo Purakushī) azərb. Erqo Proksi | |
---|---|
Janr | kiberpank, müəmma, fəlsəfi |
Anime | |
Rejissor | Şuuko Murase |
Prodüsser | Akio Matsuda Satoşi Fucii Hiroyuki Kitaura Takaşi Koçiyama |
Ssenarist | Day Sato |
Bəstəkar | Yoşihiro İke |
Studiya | Manglobe |
Digər lisenziyalar | AVA Universal Sony Pictures Home Entertainment Funimation MVM Films |
Kanal | WOWOW, AT-X |
Digər kanallar | G4techTV (Anime Current) Fuse, Funimation Channel |
Buraxılış tarixi | 25 fevral 2006 – 12 avqust 2006 |
Seriyalar | 23 (seriya siyahısı) |
Manqa | |
Ergo Proxy: Centzon Hitchers and Undertaker | |
Manqaka | Yumiko Harao |
Nəşriyyat | Shogakukan |
Jurnal | Monthly Sunday Gene-X |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 18 avqust 2006 – 19 fevral 2007 |
Cildlər | 2 (cild siyahısı) |
Fəsil sayı | 10 |
Anime və manqa portalı |
Qnostisizm və fəlsəfədən təsirlənən anime serialı 2D rəqəmsal animasiyasının, 3D kompüter modelləşdirməsinin və xüsusi rəqəmsal effektlərin kombinasiyasından istifadə edilərək çəkilmişdir. Anime serialı Yaponiyada yayımlandıqdan sonra ABŞ-da Geneon Entertainment USA tərəfindən DVD formatında yayımlanması üçün lisenziyalaşdırılmışdır. Daha sonra isə Fuse TV tərəfindən ekranlara buraxılmışdır. Şou Kanada, Britaniya, Avstraliya anime marketlərinə də paylanmışdır. Yayımlandığı gündən etibarən Ergo Proxy mövzusuna və effektlərinə görə müsbət rəylərlə qiymətləndirilmişdir.