Feminizm
Qadınlar üçün hüquq bərabərliyinin təmin olunması və müdafiəsini məqsədləyən ideologiya və hərəkatlar toplusu / From Wikipedia, the free encyclopedia
Femininlik ilə səhv salmayın.
Feminizm (lat. femina – "qadın") — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.[1]
Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox onu geniş şəkildə cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər).[2]