I Gülbahar xatun
From Wikipedia, the free encyclopedia
Gülbahar Xatun — Osmanlı padşahı Fateh Sultan Mehmetin həyat yoldaşlarından biridir. O dövrdə hələ Validə Sultan unvanı istifadə olunmamışdır. Ancaq Gülbahar Xatunun saraydakı rolu, sonrakı validə sultanlardan heç də fərqli deyildi. II Bəyazidin öz anasıdır. Çünki, türbəsinin kitabəsindəki Leh aşiyan Sultan Mehmed zövcəsi Validə-i II. Bəyazid han, yazısı bunun ən böyük sübutudur.[1] II Bəyazidin taxta çıxmasyla Gülbahar Xatun Fateh Sultan Mehmetin dul həyat yoldaşı və II Bəyazidin anası olaraq Validə Sultanın ekvivalenti olan bir rolu icra etmişdir, çünki hələ bu dövrdə rəsmən Validə Sultan adı və vəzifəsi yox idi. Tarixdə bu ad ilk dəfə Qanuni Sultan Süleymanın anası Aişə Hafsa Sultan tərəfindən istifadə edilmişdir.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
I Gülbahar Xatun | |
---|---|
Emine Gül-Bahar Hatun | |
Doğum tarixi | |
Doğum yeri | Kosova |
Vəfat tarixi | |
Vəfat yeri | Gülbahar Xatun türbəsi, Fateh məscidi |
Dəfn yeri | |
Həyat yoldaşı | Fateh Sultan Mehmet |
Uşaqları | II Bəyazid və Gövhər Sultan |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla