Kamboca
From Wikipedia, the free encyclopedia
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya[1] — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir.
Kamboca | |||||
---|---|---|---|---|---|
Preăh Réachéanachâk Kâmpŭchéa | |||||
| |||||
Millət, Din, Kral |
|||||
Himn: Nokor Reach Sehirli Krallıq |
|||||
Tarixi | |||||
• Müstəqillik | 9 noyabr 1953 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Pnompen | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | Norodom Siamoni [ 29.X.2004 ] | ||||
Baş nazir | Hun Manet [22.VIII.2023 ] | ||||
Sahəsi | Dünyada 88-ci | ||||
• Ümumi | 181040 km² | ||||
• Su sahəsi (%) | 2,5 | ||||
Əhalisi | |||||
• Əhali | 15,957,223 nəfər (65-ci) | ||||
• Siyahıyaalma (3.III.2008) | 13 395 682 nəf. | ||||
• Sıxlıq | 81.8 nəf./km² (118-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 58.939 milyard dollar | ||||
• Adambaşına | 3,735 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016 təxmini) | 19.368 dollar | ||||
• Adambaşına | 1,227 dollar | ||||
İİİ (2014) | 0.555 (artış; 143-cü) | ||||
Valyuta | Kamboca rieli | ||||
İnternet domeni | .kh | ||||
ISO kodu | KH | ||||
BOK kodu | CAM | ||||
Telefon kodu | +855 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur. Ölkənin rəsmi dini buddizmdir. Əhalinin təqribən 95%-i bu dinə sitayiş edir. Vyetnamlılar, çinlilər və çamlar etnik azlıqlardır.[2] Paytaxt və ən böyük şəhər olan Pnompen ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi rolunu oynayır.