Lisa (reper)
Tay müğənni, reper, rəqqasə və Blackpink qrupunun üzvü / From Wikipedia, the free encyclopedia
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997[3]) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür.
Lisa | |
---|---|
tay ลลิษา มโนบาล | |
Ümumi məlumatlar | |
Ləqəbi | Lalisa Manobal[1][2] |
Doğum tarixi | 27 mart 1997(1997-03-27)[3] (27 yaş) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, rəqqasə, model[d], repçi, mahnı yazarı[d], fotomodel[d], aktrisa |
Fəaliyyət illəri | 2016-cı ildən |
Janrlar | K-pop, hip-hop[d], dans-pop, pop musiqisi |
Musiqi alətləri | ukulele, gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | YG Entertainment, Interscope Records |
Üzvlüyü | |
Mükafatları | |
lalisaofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu.