Meri Kassat
From Wikipedia, the free encyclopedia
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[1][2][…] – 14 iyun 1926[1][2][…]) — amerikalı rəssam və qrafik idi.
Meri Kassat | |
---|---|
Meri Stivinson Kassat ( ing. Mary Stevenson Cassatt ) | |
Doğum adı | Mary Stevenson Cassatt |
Doğum tarixi | 22 may 1844(1844-05-22)[1][2][…] |
Vəfat tarixi | 14 iyun 1926(1926-06-14)[1][2][…] (82 yaşında) |
Milliyyəti | Amerikan |
Fəaliyyəti | Rəssamlıq |
Təhsili | Pensilvaniya İncəsənət Akademiyası, Jan-Leon Jerom, Şarl Şaplen, Toma Kutur |
Janrlar | portret rəssamlığı[d], janr rəssamlığı[3][4], portret[4], peyzaj[4] |
Stil | impressionizm[3][4] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur.
Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar.