Mikayıl Müşfiq
Azərbaycan şairi / From Wikipedia, the free encyclopedia
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru.
Mikayıl Müşfiq | |
---|---|
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə | |
| |
Təxəllüsü | Müşfiq |
Doğum tarixi | 5 iyun 1908(1908-06-05) |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 1938(1938-01-06) (29 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | repressiya |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | |
Atası | Mirzə Əbdülqədir Vüsaqi |
Təhsili |
|
İxtisası | Dil-ədəbiyyat müəllimi |
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi, pedaqoq |
Fəaliyyət illəri | 1926-cı ildən |
Janr | lirika |
İlk əsəri | Bir gün |
Mikayıl Müşfiq Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[1]