Montiçello
From Wikipedia, the free encyclopedia
Montiçello (Monticello) — Virciniya ştatının cənubunda yerləşən Tomas Ceffersonun malikanəsi. Bu tikili özündə amerikan klassizmini nümayiş etdirməklə yanaşı, 1987-ci ildən Ümumdünya irsi sırasına aiddir.
Montiçello | |
---|---|
Monticello | |
38°00′37″ şm. e. 78°27′08″ q. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Digər | |
monticello.org | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Malikanə 264 metrlik təpənin qılıcında yerləşdiyindən onun adı italyancadan "təpə" mənasını verir.Malikanənin bünövrəsi Andrea Palladionun gətirilmiş rəsmləri əsasında Ceffersonun öz layihəsinə əsasən,1769-cu ildə qoyulmuşdur. Evin iki tərəfindən mətbəxdə yemək bişirən, paltar yumaqla məşğul olan qulların qonaqların gözünə görsənməməsi üçün L hərfi formasında 2 uzun terras uzanmışdır.
1780-ci illərdə Fransa sarayında diplomatik nümayəndə kimi çalışan Cefferson fransız klassizmi haqda düşünməyə başlayır. Vətənə qayıtdıqdan sonra o, Montiçellinin palladian stilində tikilən quruluşunu tamamilə yığışdırılmasını əmr verir və 1796–1809-cu illərdə bir hissəsi kərpicdən, bir hissəsi tirdən tikilən yeni üçmərtəbəli ev tikilmişdir. Ev müxtəlif formalara malik 35 otaqdan və 2 fasaddan- qərb və şərqdən ibarət idi.Tikilini Fəxri legion sarayını bəzəyən səkkizguşəli günbəz bəzəyirdi.
Ceffersonun ölümündən sonra onun qızı evi toxunulmaz saxlamağa çalışsa da, amma geniş təsəsrrüfatı saxlamaq gücündə deyildi. 10 ildən sonra o, Montiçellini öz atasının istedadının pərəstişkarı olan kapitan Leviyə satır.O isə bu tikilini dövlətə vəsiyyət etmişdir. Levinin varisləri onun vəsiyyəti üstündə məhkəmədə mübarizə apararaq 1923-cü ilə qədər bu tarixi mülk üzərində sahiblik etmişdilər. 1923-cü ildə bu tarixi mülk Tomas Ceffersonun memorial fondunun əlinin altına keçir. O vaxtdan Montiçelli muzey kimi fəaliyyət göstərir.