Nəhəng planetlər
From Wikipedia, the free encyclopedia
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir.[1] Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir.