One-Punch Man
From Wikipedia, the free encyclopedia
One-Punch Man (ワンパンマン, Wanpanman?, azərb. Vanpançmen və ya azərb. Tək yumruq-adam) — 2009-cu ilin əvvəllərindən manqaka One[4] tərəfindən yaradılıb yayımlanan veb-komiks.[5] Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir.[6] "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır.[7][8]
One-Punch Man | |
Manqa adaptasiyasının birinci cildinin üzlüyü. | |
ワンパンマン (Wanpanman) azərb. Vanpançmen azərb. Tək zərbə-adam | |
---|---|
Janr | döyüş,[1] parodiya, superqəhrəman[2] |
Manqa | |
Veb-komiks | |
Manqaka | One |
Nəşriyyat | Müəllif tərəfindən |
Nəşr tarixi | 2009 – hazırda |
Manqa | |
Remeyk | |
Yazıçı | One |
Rəssam | Yusuke Murata |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | Viz Media |
Tərcümə jurnalı | Weekly Shonen Jump |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 14 iyun 2012 – hazırda |
Cildlər | 30 (cild siyahısı) |
Anime | |
Rejissor | Şinqo Natsume (I mövsüm) Çikara Sakuray (II mövsüm) |
Prodüsser | Çinatsu Matsui Nobuyuki Hosoya Keyta Kodama Ayuri Taquçi |
Ssenarist | Tomohiro Suzuki |
Bəstəkar | Makoto Miyazaki |
Studiya | Madhouse(I mövsüm) J.C. Staff (II mövsüm) |
Digər lisenziyalar | AVA Madman Entertainment Kazé Weekly Shonen Jump |
Kanal | TX, TVO, TVQ, KBS, BS Japan, AT-X |
Digər kanallar | Adult Swim |
Buraxılış tarixi | 5 oktyabr 2015 – hazırda |
Seriyalar | 12 + 6 OVA (seriya siyahısı) |
Anime | |
One-Punch Man: Road to Hero | |
Prodüsser | Minoru Yamaoka |
Ssenarist | Tomohiro Suzuki |
Studiya | Madhouse |
Vaxt | 24 dəq. |
Anime və manqa portalı |
Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır.[5] Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır.[9] Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır.[10][11][12] İkinci mövsümü anons edilmişdir.[13] 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.[14]