Puan Maharani
From Wikipedia, the free encyclopedia
Puan Maharani (6 sentyabr 1973[1][2][…], Cakarta[1][3]) — İndoneziya siyasətçisi, 2014-cü ildən Coko Vidodonun Kabinetində İnsan İnkişafı və Mədəniyyət İşləri üzrə Əlaqələndirici naziri vəzifəsində olub. İndoneziya parlamentində ən böyük və prezidentin partiyası olan PDI-P üzvüdür.
Puan Maharani | |
---|---|
| |
27 iyul 2014 – 1 oktyabr 2019 | |
Prezident | Coko Vidodo |
Vitse-prezident | Yusuf Kalla |
Əvvəlki | Aqunq Laksono |
2 oktyabr 2009 – 26 oktyabr 2014 | |
Prezident | Susilo Bambanq Yudhoyono Coko Vidodo |
Sonrakı | Alfia Reziani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 sentyabr 1973(1973-09-06)[1][2][…] (50 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | İndoneziya Universiteti |
Fəaliyyəti | siyasətçi |
Atası | Tofiq Kiemas |
Anası | Meqavati Sukarnoputri |
Həyat yoldaşı | Hapi Hapsoro |
Uşaqları |
Diah P.O.P Hapsari Praba D.C.K Soma |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ildə seçkilərdən bəri Hökumət Nümayəndəsi Şurasının üzvü, 2012-ci ildən partiya fraksiyasının rəhbəri vəzifəsini 2014-cü il kabinetə təyin olunana qədər yerinə yetirmişdir. O, nazirlik vəzifəsinə təyin olunmuş səkkiz qadın nazirdən yeganə koordinasiya naziri olmuşdur.
O, keçmiş prezident və indiki PDI-P lideri Meqavati Sukarnoputrinin ən kiçik uşağı, yeganə qızı və İndoneziyanın qurucu prezidenti Sukarnonun nəvəsidir. Onun atası Tofiq Kiemas Xalq Məsləhət Şurasının sədri olaraq 2009-cu ildən etibarən 2013-cü ildə ölümünə qədər xidmət edib.