Qarabağ FK
Azərbaycanın Ağdam rayonunu təmsil edən peşəkar futbol klubu / From Wikipedia, the free encyclopedia
Qarabağ FK — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu.
Bu məqalə Ağdam şəhərini təmsil edən Qarabağ FK haqqındadır. Digər mənalar üçün Qarabağ FK (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qarabağ FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Qarabağ Futbol Klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) |
Atlılar Köhlən Atlar |
|||
Rəng(lər) | Göy–Ağ | |||
Yaranma tarixi | 1951 (73 il əvvəl) (1951)[1] | |||
Stadionu | Azərsun Arena, Tofiq Bəhramov adına Respublika Stadionu, "İmarət" stadionu | |||
Tutumu | 5.850, 31.200 | |||
Prezidenti | Tahir Gözəl[2] | |||
Baş məşqçisi | Qurban Qurbanov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2023–24 | 1 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Qarabağ" klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci "Neftçi" klubudur). 1951-ci il tarixində, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.[3][4]
Klub daimi olaraq "Qarabağ" adlanana yəni 1987-ci ilə kimi, "Məhsul", "Şəfəq" və "Kooperator" olmaqla üç fərqli ad ilə çıxış etmişdir.[5] 1993-cü ilin 23 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını Ağdam şəhərindən uzaqda yerləşən stadionlarda keçirir.
"Qarabağ" 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. "Qarabağ" tarixində 11 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuşdur. "Qarabağ" eyni ildə həm ölkə çempionu olan, həm də ki ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.
"Qarabağ" avrokuboklarda mərhələ keçən ilk[6], Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur.