Qızılirmaq deltası
From Wikipedia, the free encyclopedia
Qızılirmak deltası — kifayət qədər geniş ərazini əhatə edən və bataqlıqlaşmış ərazi. Türkiyənin Qaradəniz bölgəsində Qızılirmaq çayının məsəbində yerləşir.[1] Ramsar konvensiyasına[2] və ya su-bataqlıq sahələri üzrə konvensiyaya görə Qızılırmak deltası su quşları ilə zənginliyi səbəbindən beynəlxalq əhəmiyyətə malikdir[3] Deltanın düzənlik sahələri kənd təsərrüfatına gəlb edilmişdir.[4] Delta bitki və quşlar aləminin rəngarəngliyi baxımından böyük əhəmiyyət daşıyır[5]
Delta qorunan bölgə elan edilmişdir. Deltanın sahəsi 56000 hektardır. Lil və qumla əhatələnmiş göllər vardır. Bunlara misal kimi Bafra, Balık və Gellari göstərmək olar. Bataqlaşmış sahələr dənizdən qum dyunləri ilə ayrılır.[6] Qum dyunları bəzən 7-8 metrə çatır.