Re:Zero -Starting Life in Another World-
From Wikipedia, the free encyclopedia
Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活?, azərb. Re: Fərqli dünyada sıfırdan həyat), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 37 cildini MF Bunko J imprinti ilə buraxmışdır.
Re:Zero -Starting Life in Another World- | |
Re:ゼロから始める異世界生活 (Re:Zero kara Hajimeru Isekai Seikatsu) azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq- | |
---|---|
Janr | macəra,[1] qaranlıq fentezi,[2] isekay[3] |
Manqa | |
Manqaka | Tappey Naqatsuki |
Nəşriyyat | Shōsetsuka ni Narō (özü tərəfindən) |
Nəşr tarixi | 26 aprel 2012 – hazırda |
Cildlər | 7 + 2 yan hekayə |
Manqa | |
Manqaka | Tappey Naqatsuki |
Rəssam | Şiniçiro Otsuka |
Nəşriyyat | Media Factory |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 24 yanvar 2014 – hazırda |
Cildlər | 37 + 5 yan hekayə və 10 qısa hekayə kolleksiyası (cild siyahısı) |
Manqa | |
A Day in the Capital | |
Yazıçı | Tappey Naqatsuki |
Rəssam | Dayçi Matsuse |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 iyun 2014 – 27 fevral 2015 |
Cildlər | 2 (cild siyahısı) |
Manqa | |
A Week at the Mansion | |
Yazıçı | Tappey Naqatsuki |
Rəssam | Makoto Fuqetsu |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 25 oktyabr 2014 – 25 yanvar 2017 |
Cildlər | 5 (cild siyahısı) |
Manqa | |
Truth of Zero | |
Yazıçı | Tappey Naqatsuki |
Rəssam | Dayçi Matsuse |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 may 2015 – 21 fevral 2020 |
Cildlər | 11 (cild siyahısı) |
Anime | |
Rejissor | Masaharu Vatanabe |
Prodüsser | Şo Tanaka Masahito İkemoto Yoşikazu Beniya Aya İizuka Kazuo Onuki Eriko Aok Çitsuhiro Oqata |
Ssenarist | Masahiro Yokotani |
Bəstəkar | Keniçiro Suehiro |
Studiya | White Fox |
Digər lisenziyalar | Crunchyroll, Funimation, Muse Communication |
Kanal | TV Tokyo, TVO, TVA, AT-X |
Digər kanallar | |
Buraxılış tarixi | 4 aprel 2016 – 24 mart 2021 |
Seriyalar | 50 (seriya siyahısı) |
Anime | |
Memory Snow | |
Rejissor | Tatsuya Koyanaqi Masaharu Vatanabe |
Ssenarist | Masahiro Yokotani |
Bəstəkar | Keniçiro Suehiro |
Studiya | White Fox |
Digər lisenziyalar | Crunchyroll |
Vaxt | 60 dəq. |
Anime | |
The Frozen Bond | |
Rejissor | Keniçi Kavamura Masaharu Vatanabe Tappey Naqatsuki |
Ssenarist | Masahiro Yokotani Tappey Naqatsuki |
Bəstəkar | Keniçiro Suehiro |
Studiya | White Fox |
Digər lisenziyalar | Crunchyroll |
Vaxt | 76 dəq. |
Videooyunlar | |
| |
Anime və manqa portalı |
Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur. Bundan əlavə, Media Factory tərəfindən müxtəlif manqakaların əlindən çıxmış iki manqa antologiyası nəşr olunmuşdur. White Fox studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Anime serialı Yaponiyada 4 aprel 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. 30 mart 2017-ci ildə 5pb. tərəfindən "Re:Zero -Starting Life in Another World- Death or Kiss" adlı vizual roman adaptasiyası buraxılmışdır. 2018-ci ildə OVA seriyası, 8 noyabr 2019-cu ildə isə ikinci OVA seriyası buraxılmışdır. 2020-ci ilin aprelində ikinci mövsümünün yayımlanması planlaşdırılsa da, koronavirus pandemiyası səbəbilə 8 iyul 2020-ci ildə yayımlanması başlamışdır.[5] Yeni mövsümün ikinci hissəsi isə 2021-ci ilin yanvarından martına kimi yayımlanmışdır.
Ranobe və üç manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada nəşr olunmuşdur. Anime adaptasiyası isə Anime Limited tərəfindən Böyük Britaniyada, Crunchyroll tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. Cənub-Şərqi Asiyada isə Muse Communication tərəfindən lisezniya hüquqları əldə olunmuşdur.[6] Ranobe seriyasının 3 milyondan çox nüsxəsi, anime serialının isə 60.000 diski satılmışdır. Ranobe seriyası "başqa dünya" konsepsiyasına görə təriflənmiş, lakin ləng dialoqlarına görə tənqid olunmuşdur. Anime serialı isə "mədəni kompleks dünya"sına və personajlarına görə bəyənilmişdir. Franşiz 2015–2016 Newtype Anime Mükafatı və 2017 Sugoi Japan mükafatını qazanmış, 2016-cı ildə ilin animesinə namizəd olmuşdur.