Seraph of the End
From Wikipedia, the free encyclopedia
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu?, azərb. Sonun serafimi) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası.[2] 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur.
Seraph of the End | |
Birinci cildin üzlüyü. Personaj: Yuiçiro Hyakuya. | |
終わりのセラフ (Owari no Serafu) azərb. Sonun serafimi | |
---|---|
Janr | macəra, elmi fantastika, fövqəltəbii[1] |
Manqa | |
Yazıçı | Takaya Kaqami |
Rəssam | Yamato Yamamoto |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Jump Square |
Tərcümə jurnalı | Weekly Shonen Jump |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 3 sentyabr 2012 – hazırda |
Cildlər | 32 (cild siyahısı) |
Ranobelər | |
Anime | |
Rejissor | Daysuke Tokudo |
Ssenarist | Hiroşi Seko |
Bəstəkar | Hiroyuki Savano Takafumi Vada Asami Taçibana Mequmi Şirayşi |
Studiya | Wit Studio |
Digər lisenziyalar | AVA Universal/Sony Funimation Universal Pictures UK (fiziki) Anime Limited (rəqəmsal) |
Kanal | Tokyo MX, MBS, TVA, BS11, AT-X, TV Asahi Channel 1 |
Digər kanallar | Viceland |
Buraxılış tarixi | 4 aprel 2015 – 26 dekabr 2015 |
Seriyalar | 24 (seriya siyahısı) |
Manqa | |
Serapetit!〜Seraph of the End four-frame manga〜 | |
Yazıçı | Takaya Kaqami Yamato Yamamoto Daysuke Furuya |
Rəssam | Ren Aokita |
Nəşriyyat | Shueisha |
Jurnal | Jump Square |
Demoqrafiya | şonen |
Nəşr tarixi | aprel 2015 – hazırda |
Cildlər | 1 |
Video oyun | |
Seraph of the End: Bloody Blades | |
Hazırlayan | Bandai Namco Entertainment |
Janr | rol oynama |
Platforma | iOS, Android |
Buraxılış tarixi | 28 sentyabr 2015 |
Video oyun | |
Owari no Seraph: Unmei no Hajimari | |
Hazırlayan | Bandai Namco Entertainment |
Janr | taktiki rol oynama oyunu |
Platforma | PlayStation Vita |
Buraxılış tarixi | 17 dekabr 2015 |
Anime | |
Seraph of the End: Vampire Shahal | |
Ssenarist | Attatory |
Studiya | Wit Studio |
Anime və manqa portalı |
Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur.
28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır.[3][4]
Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır.