Shimoneta
From Wikipedia, the free encyclopedia
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界?, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya) və ya qısaca Shimoseka (下セカ?) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ?) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist | |
Birinci cildin üzlüyü. Personaj: Ayame Kaco / Göy qar | |
下ネタという概念が存在しない退屈な世界 (Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai) azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya | |
---|---|
Janr | komediya, eççi, antiutopiya |
Manqa | |
Manqaka | Hirotaka Akaqi |
Rəssam | Eyto Şimotsuki |
Nəşriyyat | Shogakukan |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 18 iyul 2012 – 18 fevral 2016 |
Cildlər | 11 (cild siyahısı) |
Manqa | |
Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen | |
Yazıçı | Hirotaka Akaqi |
Rəssam | N' Yuzuki |
Nəşriyyat | Mag Garden |
Jurnal | Monthly Comic Blade |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 28 mart 2014 – 5 fevral 2016 |
Cildlər | 4 (cild siyahısı) |
Fəsil sayı | 23 |
Anime | |
Rejissor | Yohey Suzuki |
Ssenarist | Masahiro Yokotani |
Bəstəkar | Akiyuki Tateyama |
Studiya | J.C.Staff |
Digər lisenziyalar | AVA Madman Entertainment Funimation |
Kanal | AT-X, Tokyo MX, KBS, CTC, tvk, SUN, TVA, BS11 |
Buraxılış tarixi | 4 iyul 2015 – 19 sentyabr 2015 |
Seriyalar | 12 (seriya siyahısı) |
Anime və manqa portalı |