UEFA Çempionlar Liqası 2007/2008
From Wikipedia, the free encyclopedia
Çempionlar Liqasının 2007/2008 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 53-cü mövsümü və turnirin adı "Çempion Klublar Kubokundan" "UEFA Çempionlar Liqasına" dəyişdirilməsindən sonra 16-cı sezonu idi.
UEFA Çempionlar Liqası 2007/2008 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 18 sentyabr 2007 — 21 may 2008 |
Başlama tarixi | 17 iyul 2007 |
Bitmə tarixi | 21 may 2008 |
Komanda sayı |
32 (qrup mərhələsi) 76 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Mançester Yunayted (3-cü dəfə) |
İkinci | Çelsi |
Yarış statistikası | |
Oyun sayı | 213 |
Qol sayı | 545 (matç başına: 2.56) |
Tamaşaçı sayı | 5380947 matç başına: 25263 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Kriştianu Ronaldu (8 qol) |
← 2006/2007 | |
Vikianbarda əlaqəli mediafayllar |
Final oyunu 21 may 2008 ildə Moskvanın Lujniki stadionunda keçirilmişdir, və bu turinirin final oynunda ilk dəfə idi ki, iki ingilis komandaları qarşılaşırdılar: Mançester Yunayted – Çelsi. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır və oyun sonrası penaltilər seriyasında Mançester Unayted 6:5 hesabı ilə udaraq, kuboku başı üzərində qaldırmışdır.
Milan sabiq çempion idi, lakin səkkizdəbir finalda Arsenala uduzduqdan sonra, onlar turniri tərk etməli oldular. Həmçinin, məhz bu mövsümdə Çempionlar Liqası tarixində ən böyük hesablı qalibiyyət olmuşdur: Liverpul Enfilddə Beşiktaşı 8–0 məğlub etti, bundan əvvəlki rekord 7–0 ilə Arsenala aid idi.