York burnu (Avstraliya)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: York burnu.
York burnu[1] (ing. Cape York) — Avstraliya materikinin ucqar şimal nöqtəsidir. Burun Keyp-York yarımadasında yerləşir. İnzibati cəhətdən Kvinslend ştatı ərazisinə daxildir. Burun Kerns şəhərindən 800 km şimal-qərbdə yerləşir. Şərqdən Mərcan dənizi, qərbdən isə Arafur dənizinin suları ilə yuyulur. Burundan 150 kimoletr şimalda Yeni Qvineya adası yerləşir. Burada Torres boğazı yerləşir.
Cəld faktlar Yerləşməsi, Akvatoriya ...
York burnu | |
---|---|
Yerləşməsi | |
10°41′14″ c. e. 142°31′53″ ş. u. | |
Akvatoriya | Hind okeanı, Sakit okean |
Ölkə | Avstraliya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla