Ölüm
həyati funksiyaların daimi olaraq kəsilməsi / From Wikipedia, the free encyclopedia
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır.[1]
- Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda.
- Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir. Sokrat ölüm ayağında etiraf və bəyan etdi ki, o, fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür. Transsendental dünya duyumun daşıyıcısı olan Sokrat üçün bu heç də təsadüfi deyildi. Sokrat qədim yunan fəlsəfəsində transsendental istiqamətin ən mühüm həlqələrindən biri idi və Sokratın siyasi mülahizələri də elə transsendental dünya duyumun üzərində köklənmişdi.
Ölümü öyrənən elm tanatologiya(en) adlanır.