Şimali Koreya
Uzaq Şərqdə ölkə / From Wikipedia, the free encyclopedia
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir.
Cəld faktlar Tarixi, • Müstəqillik ...
Şimali Koreya | |||||
---|---|---|---|---|---|
kor. 조선민주주의인민공화국 Chosŏn Minjujuŭi Inmin Konghwaguk | |||||
| |||||
Himn: 애국가 |
|||||
Tarixi | |||||
• Müstəqillik | 15 avqust 1945 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Pxenyan | ||||
İdarəetmə forması | Totalitar irsi diktatura altında unitar birpartiyalı sosialist respublikası | ||||
Ali lider və Dövlət başçısı | Kim Çen In | ||||
Müdafiə Komissiyasının sədri | Kim Çen In | ||||
Ali Xalq Məclisinin sədri | Choe Ryong-hae | ||||
Baş Nazir | Pak Ponq Yu | ||||
Sahəsi | Dünyada 98-ci | ||||
• Ümumi | 120,540 km² km² | ||||
• Su sahəsi (%) | 4.87 | ||||
Əhalisi | |||||
• Əhali | 24,895,000 nəfər (48-ci) | ||||
• Siyahıyaalma (2008) | 24,052,231 nəf. | ||||
• Sıxlıq | 198.3 nəf./km² (63-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 40 milyard dollar | ||||
• Adambaşına | 1,800 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2015) | 25 milyard dollar | ||||
• Adambaşına | 1,000 dollar | ||||
İİİ (1995) | 0.766 | ||||
Valyuta | Şimali Koreya vonu | ||||
İnternet domeni | .kp | ||||
ISO kodu | KP | ||||
BOK kodu | PRK | ||||
Telefon kodu | +850 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla