Ərtoğrul Qazi
From Wikipedia, the free encyclopedia
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281[1] və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman",[2] toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu[3] simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş,[4] toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda,[5] Söğütdə vəfat etmişdir.
Ərtoğrul Qazi | |
---|---|
osman. ارطُغرُل غازى | |
1230 – 1281 | |
Əvvəlki | Süleyman Şah |
Sonrakı | Osman bəy |
Anadolu Səlcuqlu Dövlətinin ucbəyi | |
Sonrakı | Osman Qazi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1281[1] və ya təq. 1280 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, hərbi lider[d] |
Atası | Süleyman Şah və ya Gündüz Alp |
Anası | Hayimə Xatun |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan[6] və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.[7]
Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.[8]
Amma Osmanlı mənbələrinə əsasən[9] Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur.[10][11][12] Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.[13]
Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi.[14][15] Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.[16]
Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır.[17]