Akame ga Kill!
From Wikipedia, the free encyclopedia
Akame ga Kill! (yaponca: アカメが斬る!, Hepbörn: Akame ga Kiru!?, azərb. "Akame kəsib doğrayır!") — Takahiro tərəfindən yazılmış və Tetsuya Taşiro tərəfindən çəkilmiş şonen manqa seriyası. 2010-cu ilin martından Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında nəşr olunur. Manqa seriyası Tatsumi adlı gəncin pul qazanmaq və kəndini xilas etmək məqsədilə Paytaxta gəlməsindən, lakin burada güclü korrupsiya ilə rastlaşmasından bəhs edir. Gecə Reydi (ing. Night Raid) adlı sui-qəsd komandasına qoşulan Tatsumi imperiyaya və korrupsiyaya qarşı döyüşməyə başlayır. Seriya qrafik məzmununa görə tanınır.
Akame ga Kill! | |
Birinci manqa cildinin üzlüyü. Personaj: Akame. | |
アカメが斬る! (Akame ga Kiru!) azərb. Akame kəsib doğrayır! | |
---|---|
Janr | döyüş, qaranlıq fentezi, faciə |
Manqa | |
Manqaka | Takahiro |
Rəssam | Tetsuya Taşiro |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 20 mart 2010 — 22 dekabr 2016 |
Cildlər | 15[1] (cild siyahısı) |
Manqa | |
Akame ga Kill! Zero | |
Manqaka | Takahiro |
Rəssam | Key Toru |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 25 oktyabr 2013 — hazırda |
Cildlər | 8 |
Anime | |
Rejissor | Tomoki Kobayaşi |
Prodüsser | Square Enix |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Taku İvasaki |
Studiya | White Fox C-Station (ONA) |
Digər lisenziyalar | AVA Hanabee Sentai Filmworks Animatsu Entertainment |
Kanal | Tokyo MX, MBS, BS11, AT-X |
Digər kanallar | Anime Network, Adult Swim |
Buraxılış tarixi | 7 iyul 2014 — 15 dekabr 2014 |
Seriyalar | 24 (seriya siyahısı) |
Manqa | |
Hinowa ga Crush! | |
Manqaka | Takahiro |
Rəssam | strelka |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 24 iyun 2017 — 24 iyun 2022 |
Cildlər | 8 (cild siyahısı) |
Anime və manqa portalı |
Seriya 2014-cü ilin iyununda lisenziyalaşdırılmışdır. "Akame ga Kill! Zero" adlı prikvel manqası isə Akamenin keçmişindən bəhs edir və 2013-cü ilin oktyabrından Square Enix nəşriyyatının "Monthly Big Gangan" jurnalında nəşr olunur. Manqa seriyasının adaptasiyası isə 2014-cü ildə buraxılmışdır. Bu, MinatoSoft oyun istehsalçısının "Takahiro IV Project" layihəsi çərçivəsindəki ikinci işdir.