Ben Afflek
ABŞ kinoaktyoru, rejissor və ssenarist / From Wikipedia, the free encyclopedia
Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt) — daha çox Ben Afflek kimi tanınan, 2 dəfə Oskar və 3 dəfə Qızıl Qlobus Mükafatına layiq görülmüş Amerikalı aktyor və kinorejissor.[1]
Ben Afflek | |
---|---|
Ben Affleck | |
| |
Doğum adı | Benjamin Geza Affleck |
Doğum tarixi | (51 yaş) |
Doğum yeri | Berkli, Kaliforniya, Amerika Birləşmiş Ştatları |
Milliyyəti | Amerikalı |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
Cennifer Qarner (e. 2005 - a. 2015) Cennifer Lopez (e. 2022 - a. bu günədək) |
Uşağı | 3 |
Partnyorları |
|
Fəaliyyəti |
Aktyor Kinorejissor |
Fəaliyyət illəri | 1981 - günümüz |
Təhsili |
University of Vermont Occidental College |
Boyu | 192 sm |
Mükafatları | |
IMDb | ID0000255 |
Vikianbarda əlaqəli mediafayllar |
Ben karyerasına PBS kanalında yayımlanan Mimi Səyahəti (1984, 1988) adlı elmi teleserialda köməkçi rolu ifa edərək başladı. Daha sonra Müxtəlif və Təəccüblü (1993) filmində, eləcədə Kevin Smitin Eminin İzində (1997) və Ehkam (1999) adlı müxtəlif filmlərində çəkildi. Ben şöhrəti uşaqlıq dostu Mətt Demon ilə Yaxın Dostum Uill Hauntiq (1997) filmidəki Ən Yaxşı Orijinal Ssenariyə görə Oskar Mükafatı və Qızıl Qlobus Mükafatını aldıqdan sonra əldə etdi. Bundan sonra o, Armageddon (1998), Aşiq Şekspir (1998), Pörl Harbor (2001), Lent Dəyişdirən (2002) və Bütün Qorxunun Məbləği (2002) kimi daha yüksək büdcəli filmlərə çəkildi. Karyera böhranından sonra o 2003-cü ildə Dəlisov filminə çəkildi. 2006-cı ildə Hollivud Torpağı filmidəki roluna görə yenidən Qızıl Qlobus Mükafatına layiq görüldü. Rejissor kimi depütünü 2007-ci ilə ssenarisinidə özünün yazdığı Əlvida Əzizim filmi ilə etdi. Sonra ssenari müəllifi və rejissoru olduğu Şəhər (2010) filminə çəkildi. 2012-ci ildə çəkildiyi və rejissoru olduğu Arqo siyasi triller filminə görə növbəti dəfə Qızıl Qlobus Mükafatına layiq görüldü. Bundan başqa bu filmə görə Ən Yaxşı Rejissor işinə görə BAFTA mükafatı, Ən Yaxşı Şəkilə görə isə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarına layiq görüldü. 2014-cü ildə psixoloji triller olan İtmiş Qız filminə çəkildi. 2016-cı illərdə Betmen rolu ilə Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi və İntihar Heyəti, 2017-ci ildə isə rejissorluğunu və ssenarisini özü edəcəyi və baş rolda oynayacağı Gecə Həyatı filmlərinə çəkiləcək.