Xızı
Azərbaycanda şəhər / From Wikipedia, the free encyclopedia
Xızı şəhəri — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılmışdır.[1]
Şəhər | |
Xızı | |
---|---|
40°54′40″ şm. e. 49°04′10″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 745 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağ ətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir. Xızı rayonunda yerləşən lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Dağlar yüksək deyildir, ən yüksək nöqtələr dəniz səviyyəsindən 958 metr yüksəklik Saraku dağının və 2203 metr yüksəklik Dübrar dağının payına düşür. Bir neçə hissədə dağın bir yamacı qış otlağı kimi, digəri isə yay otlağı kimi istifadə olunur. Geoloji süxurların müxtəlif laylarının təpələrdə üzə çıxması rənginə görə özünəməxsus landşaft yaradır. Mütəxəssislər iddia edir ki, oxşar geoloji hadisəni Yer kürəsində yalnız bir yerdə – ABŞ-nin Ölüm Vadisində müşahidə etmək olar. Mərkəzdən 1–2 km məsafədə Azərbaycan dramaturgiyasının yaradıcısı Cəfər Cabbarlının ev-muzeyinin və qranitdən heykəlinin ucaldığı Xızı kəndi yerləşir. Bundan əlavə, Xızı Azərbaycan ədəbiyyatının daha bir görkəmli nümayəndəsinin, şair Mikayıl Müşfiqin vətənidir və onun da ev-muzeyi hazırda heç bir yaşayış olmayan tarixi Sayadlı kəndində qonaqların üzünə həmişə açıqdır.